Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti ilə tanış olub.
Nazirlikdən Sportnet.az-a verilən məlumata görə, milli komanda üzvləri ilə görüşən F.Qayıbov onların məşq proseslərini izləyib, federasiyada yaradılmış şəraitlə maraqlanıb.
Federasiyasının icraçı vitse-prezidenti Nağı Səfərov nazirə qurumun fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, və gələcək planlar barədə məlumat verib.
Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.