Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərin 2022-ci il üçün kateqoriyalarını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, Azərbaycan referilərinin bir neçəsinin kateqoriyası yüksəlib.
Tural Əliyev I, Bəşir İsazadə və Həbib Nurulu II, Eldar Bayramov isə III dərəcəli beynəlxalq kateqoriya alıb.
Qeyd edək ki, UWW yanvarda güləş hakimliyində ən yüksək kateqoriya sayılan I-S (olimpiya) dərəcəsinə yüksələn ədalət təmsilçilərinin adını açıqlayacaq. Hazırda I dərəcədə olan Azərbaycanın 5 hakimi olimpiya kateqoriyasına yüksəlməyə namizədlər sırasındadır.