
Qadın cüdoçulardan ibarət Azərbaycan millisi beynəlxalq təlim-məşq toplanışına qatılacaq.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesi 8 - 15 yanvarda Türkiyənin Antalya şəhərində gerçəkləşəcək.
Toplanış 2022-ci ildəki yarışlara hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, yığma Bakıdakı "Atilla" idman klubunda toplanışını bu gün başa vuracaq.