
Azərbaycan cüdoçusu Balabəy Ağayev Portuqaliya Qran-prisində final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib Harim Li olub. Mübarizədən məğlub ayrılan Ağayev gümüş medal qazanıb.
Xatırladaq ki, bu gün eyni çəkidə çıxış etmiş daha bir azərbaycanlı cüdoçu Rövşən Əliyev 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. Yanvarın 30-da Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) yarışacaq.
-----------------------
Azərbaycanın iki cüdoçusu Portuqaliyanın Almada şəhərindəki Qran-pridə mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə 60 kq-da çıxış edən Balabəy Ağayev və Rövşən Əliyev xalça üzərinə çıxıb.
1/16 finalda özbəkistanlı Bahrom Baturova ipponla qalib gələn Ağayev növbəti raundda isveçrəli Lionel Şvanderə də eyni aqibəti yaşadıb. 1/4 finalda Monqolustan təmsilçisi Tsoqt-Oçir Byambajavdan üstün olan cüdoçu yarımfnalda yaponiyalı Taiki Nakamuronu da məğlub edərək finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə cənubi koreyalı Li Ha Rim ilə qarşılaşacaq.
Əliyev isə startda braziliyalı Allan Kuvabara ilə dueldən qalib ayrılsa da, 1/8 finalda monqolustanlı Sumiyabazar Enhtayvana uduzaraq, yarışla vidalaşıb.
Qeyd edək ki, Azərbaycanın digər 3 cüdoçusu Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (hər ikisi +100 kq) isə mübarizəyə yanvarın 30-da qoşulacaq.
------------------------------------------
Bu gün Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-pri start götürəcək.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 2 təmsilçisi qüvvəsini sınayacaq.
60 kq-da yer alan Balabəy Ağayev və Rövşən Əliyev medal qazanmağa çalışacaqlar.
Portuqaliya Qran-prisi
Kişilər
60 kq
1/16 final. Balabəy Ağayev - Bahrom Boturov (Özbəkistan)
1/8 final. Balabəy Ağayev - Lionel Şvander (İsveçrə)
1/4 final. Balabəy Ağayev - Tsoqt-Oçir Byambajav (Monqolustan)
1/2 final: Balabəy Ağayev - Taiki Nakamura (Yaponiya)
Final: Balabəy Ağayev - Li Ha Rim (Cənubi Koreya)
1/16 final. Rövşən Əliyev - Allan Kuvabara (Braziliya)
1/8 final. Rövşən Əliyev - Sumiyabazar Enhtayvan (Monqolustan)
Qeyd edək ki, Qran-pridə Azərbaycanın 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, onlardan cəmi 5-i xalça üzərinə çıxacaq. Balabəy Ağayev və Rövşən Əliyevlə yanaşı, Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (+100 kq) də mübarizə aparacaq.
Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyəcəklər.