Azərbaycan cüdoçusu Kəramət Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Jaba Papinaşvili (Gürcüstan) ilə üz-üzə gəlib.
Qarşılaşmadan məğlub ayrılan Hüseynov 5-ci yeri tutub.
------------------------------
Azərbaycan millisinin üç cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Dauda Daboneyə (Kot d ivuar), ardınca Ariunbold Enxtayvana (Monqolustan) qalib gəlib.
Yarımfinalda Ryudzu Naqayamaya (Yaponiya) uduzan Hüseynov bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
73 kq-dakı Rüstəm Orucov 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Fransa təmsilçisi Benjamin Aksusa yenilib. Eyni çəkidəki Hidayət Heydərov fransalı Teo Riquinə qalib gəlsə də, 1/8 finalda Qambiyadan olan Faye Njie ilə dueldən məğlub ayrılıb.
Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri fevralın 6-da tatamiyə çıxacaq.
-----------------------------------------------------
Bu gün Azərbaycanın 3 cüdoçusu Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Kot d ivuardan olan Dauda Dabone ilə üz-üzə gələcək.
73 kq-dakı Hidayət Heydərov və Rüstəm Orucov ilk görüşlərini Franca təmsilçilərinə qarşı keçirəcək. Onlar 1/16 finalda müvafiq olaraq Teo Riquin və Benjamin Aksusla qarşılaşacaq.
60 kq
1/8 final. Kəramət Hüseynov - Dauda Dabone (Kot d ivuar)
1/4 final. Kəramət Hüseynov - Ariunbold Enxtayvan (Monqolustan)
1/2 final. Kəramət Hüseynov - Ryudzu Naqayama (Yaponiya)
73 kq
1/16 final. Hidayət Heydərov - Teo Riquin (Fransa)
1/8 final. Hidayət Heydərov - Faye Njie (Qambiya)
1/16 final. Rüstəm Orucov - Benjamin Aksus (Fransa)
Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri fevralın 6-da tatamiyə çıxacaq.