Azərbaycanın daha bir yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
Sportnet.az-ın məlumatına görə, 63 kq-da çıxış edən Taleh Məmmədov yarımfinalda Hraçya Poqosyanı məğlub edərək adını finala yazdırıb.
O, ilk hissədən sonra hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək, yekunda qələbə qazanıb - 3:1. Məmmədov qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.
77 kq-da yarışan Sənan Süleymanov təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Buna səbəb idmançının 1/4 finalda uduzduğu Malkhas Amoyanın (Ermənistan) finala çıxmasıdır. Süleymanovun rəqibi Mantas Kazimieras Sinkeviçius (Litva) - Denis Horvat (Slovakiya) cütünün qalibi olacaq.
87 kq çəki dərəcəsindəki İslam Abbasov yarımfinalda Niku Samuel Ojoqa (Rumıniya), 130 kq-dakı Beka Kandelaki isə Rza Kayaalpa məğlub olduqlarından 3-cü yer uğrunda qarşılaşmaya çıxacaqlar. Onlar müvafiq olaraq, Metehan Başar (Türkiyə) - Yohan Danielov Dimitrov (Bolqarıstan) və Alin Aleksuk-Çurariu - Dariuş Attila Vitek (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
---------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 55 kq-da mübarizə aparan idmanşı Ermənistan təmsilçisi Rudik Mkrtçyanla qarşılaşıb.
Rəqibinə 7:3 hesabı ilə qalib gələn Əzizli finala vəsiqə qazanıb.
------------------------------------------
Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, mübarizəyə 1/4 finaldan başlayan 55 kq çəki dərəcəsindəki Eldəniz Əzizli Denis Mihaya (Rumıniya) qalib gələrək növbəti mərhələyə adlayıb. Onun yarımfinaldakı rəqibi Rudik Mkrtçyan (Ermənistan) olacaq.
87 kq-dakı İslam Abbasov əvvəlcə Matey Mandiçi (Xorvatiya), ardınca isə Zurab Datunaşvilini (Serbiya) məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Abbasov bu raundda Niku Samuel Ojoqla (Rumıniya) qarşılaşacaq.
77 kq-da yer alan Sənan Süleymanov 1/8 finalda İlye Kojokari (Rumıniya) üzərində qələbə qazansa da, növbəti raundda Malkhas Amoyana (Ermənistan) uduzub.
Beləliklə, bu gün mübarizəyə başlayan 5 yunan-Roma güləşçisindən 4-ü yarımfinala adlayıb.
---------------------------------------------
Azərbaycanın 3 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 77 kq-da çıxış edən Sənan Süleymanov 1/8 finalda İlye Kojokariyə (Rumıniya) qalib gəlib. Onun növbəti rəqibi Malkhas Amoyan (Ermənistan) olacaq.
87 kq-da yarışan İslam Abbasov 1/8 finalda Matey Mandiçi (Xorvatiya) məğlub edərək, Zurab Datunaşviliyə (Serbiya) rəqib olub.
130 kq-da yer alan Beka Kandelaki isə təsnifat mərhələsindən Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda David Ovasapyanla (Ermənistan) qarşılaşan idmançı inamlı qələbə qazanıb. Kandelaki ilk hissədə erməni rəqibindən 5 xal alıb. Görüşün başa çatmasına 1 dəqiqə 25 saniyə qalmış başından zədə alan Ovasapyan mübarizəni davam etdirə bilməyib. Yekunda 5:1 hesablı Kandelaki yarımfinala yüksəlib. O, finala gedən yolda Rza Kayaalpla (Türkiyə) görüşəcək.
63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) eyni hesabla qalib gələrək, adını yarımfinala yazdırıb. Məmmədovun bu raunddakı rəqibi Hraçya Poqosyan (Ermənistan) olacaq.
--------------------------------------
Bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 55 kq-da çıxış edən Eldəniz Əzizli Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya), 63 kq-da yarışan Taleh Məmmədov isə Ahmet Uyar (Türkiyə) - Kriştian Keçkemeti (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Hər iki qarşılaşma 1/4 finala təsadüf edəcək.
77 kq-da mübarizə aparan Sənan Süleymanov 1/8 finalda İlye Kojokarini (Rumıniya) sınağa çəkəcək.
87 kq-da yer alan İslam Abbasovun bu raundakı rəqibi Matey Mandiç (Xorvatiya) olacaq.
130 kq çəki dərəcəsindəki Beka Kandelaki isə təsnifat mərhələsində Mixaylo Vişnivetskiylə (Ukrayna) münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.
Qadın güləşçilərdən Elis Manolova (65 kq) isə finalda Tatyana Rıjko ilə qüvvəsini sınayacaq.
Yarış aprelin 3-də başa çatacaq.
55 kq
1/4 final. Eldəniz Əzizli - Denis Mihay (Rumıniya) - 8:0
1/2 final. Eldəniz Əzizli - Rudik Mkrtçyan (Ermənistan)
63 kq
1/4 final. Taleh Məmmədov - Ahmet Uyar (Türkiyə) - 5:1
1/2 final. Taleh Məmmədov - Hraçya Poqosyan (Ermənistan)
77 kq
1/8 final. Sənan Süleymanov - İlye Kojokari (Rumıniya) - 9:0
1/4 final. Sənan Süleymanov - Malkhas Amoyan (Ermənistan)
87 kq
1/8 final. İslam Abbasov - Matey Mandiç (Xorvatiya) - 4:3
1/4 final. İslam Abbasov - Zurab Datunaşvili (Serbiya)
1/2 final. İslam Abbasov - Niku Samuel Ojoq (Rumıniya)
130 kq
Təsnifat. Beka Kandelaki - Mixaylo Vişnivetski (Ukrayna) - 10:0
1/4 final. Beka Kandelaki - David Ovasapyan (Ermənistan) - 5:1
1/2 final. Beka Kandelaki - Rza Kayaalp (Türkiyə)