Azərbaycanın daha üç cüdoçusu bu gün Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Camal Petgreyv (Böyük Britaniya) - Qi Han (Çin) cütünün qalibi ilə üz-üzə gələcək.
100 kq-dakı Elmar Qasımov eyni raundda Zlatko Kumriçlə (Xorvatiya), 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Xose Nova Alkantara (Dominikan Respublikası) - Marius Fizel (Slovakiya) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Hidayət Heydərov (73 kq) qızıl, Səid Mollayi (81 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medal əldə edib.