
"Əminəm ki, millimiz qarşıdakı yarışda öz sözünü deyəcək".
Sportnet.az xəbər verir ki, bunu "Report"un Qərb bürosuna açıqlamasında Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov deyib.
Dünya çempionu hazırda Göygöl Olimpiya Kompleksində keçirilən təlim-məşq toplanışının 15 - 18 sentyabrda Çexiyanın paytaxtı Praqada təşkil olunacaq gənclər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıdığını bildirib: "Artıq bir həftədir ki, təlim-məşq toplanışındayıq. Burada Özbəkistan, İsrail, Niderland, Tacikistan kimi ölkələr bizimlə birlikdə hazırlıq keçir. Belə təlimlər bizim üçün çox faydalıdır. Hazırlığımız davam edir. Qarşıda bizi Avropa çempionatı gözləyir".
Qitə birinciliyinə 9 cüdoçunun yollanacağını deyən Məmmədov komandadan uğurlu çıxış gözlədiyini bildirib: "Əminəm ki, millimiz orada öz sözünü deyəcək".