Azərbaycan Cüdo Federasiyası (ACF) 6 yaşından yuxarı uşaq və gənclər üçün açıq havada ustad dərsləri təşkil edəcək.
ACF-in mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, sentyabrın 3-də Bakıda Heydər Əliyev Mərkəzinin parkında ustad dərsi keçiriləcək.
Ustad dərsi ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və ACF prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov tərəfindən təşkil olunacaq. Həmçinin, tədbirdə Rüstəm Orucov, Səid Mollayi və Orxan Səfərov kimi tanınmış Azərbaycan millisinin cüdoçuları da iştirak edəcəklər.
Tədbir saat 18:00-da başlayacaq. 6 yaşdan yuxarı hər kəs idman geyimində tədbirdə ödənişsiz iştirak edə biləcək.