Azərbaycan paracüdoçusu İlham Zəkiyev İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Sportnet.az-a verilən məlumata görə, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək, qitə çempionu olub.
Milli komandanın digər üzvləri Zakir Mislimov ( 90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, daha əvvəl Namiq Abasov və İsmayıl Muradov dünya üçüncüsü olublar. Beləliklə, yığma Avropa çempionatını 1 qızıl və 5 bürünc olmaqla, ümumilikdə 6 medalla tamamlayıb.