Ukrayna samboçuları Serbiyanın Novi Sad şəhərində keçiriləcək yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatına qatılmayacaq.
Sportnet.az-ın məlumatına görə, Ukrayna Sambo Federasiyası yarışdan imtina etdiklərini açıqlayıb.
Buna Beynəlxalq və Avropa Sambo Federasiyasının Rusiya ilə Belarus idmançılarının Avropa çempionatında iştirakına icazə verməsi səbəb olub.
Qeyd edək ki, yarış 14 - 19 sentyabrda baş tutacaq.