
Gənc cüdoçulardan ibarət Azərbaycan milli komandasının Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, mötəbər yarışda ölkə 13 idmançı ilə təmsil olunacaq.
Qitə çempionatında oğlanlardan Turan Bayramov, Nizami İmranov (hər ikisi 60 kq), Vüsal Qələndərzadə (73 kq), Ömər Rəcəbli, Elcan Hacıyev (hər ikisi 81 kq), İsmayıl Zamanov, Vüqar Talıbov (hər ikisi 90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq), qızlardan isə Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (78 kq) mübarizə aparacaq.
Qeyd edək ki, 15 - 18 sentyabrda təşkil olunacaq Avropa çempionatına 39 ölkədən 349 idmançı qatılacaq. İlk 3 gündə fərdi, son gündə isə komanda yarışları baş tutacaq.