
Çexiyanın paytaxtı Praqadakı gənclər arasında Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə mükafatlandırılıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 73 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançının şərəfinə Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.