"Elmar Qasımov ilk dəfə məni Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclərin Avropa çempionatında məğlub edib".
Sportnet.az xəbər verir ki, bunu Çexiyalı cüdoçu, 100 kq-dan yuxarı çəki dərəcəsində Rio-2016 və Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi Lukaş Krpalek deyib.
İkiqat dünya və üçqat Avropa çempionu Qasımovla çox rəqib olduğunu bildirib: "O, əla oğlandır və biz yaxın dostuq. Yarışlarla yanaşı, beynəlxalq təlim-məşq toplanışlarında da Elmarla tez-tez görüşürük".