Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında ilk günü medalsız başa vurub.
Sportnet.az-ın məlumatına görə, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetova (Qazaxıstan) uduzub.
Qadınlardan 48 kq-dakı Leyla Əliyeva eyni raundda Xuliya Figeroaya (İspaniya) yenilib.
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.
-------------------------------------------
Azərbaycanın iki cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetovla (Qazaxıstan) üz-üzə gələcək.
Qadınlardan 48 kq-dakı Leyla Əliyeva eyni raundda Xuliya Figeroa (İspaniya) ilə görüşəcək.
Dünya çempionatı
6 oktyabr
60 kq
1/16 final. Kəramət Hüseynov - Yeldos Smetov (Qazaxıstan)
48 kq
1/16 final. Leyla Əliyeva - Xuliya Figeroa (İspaniya)
Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.