Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq-da çəki dərəcəsində rəqib israilli Tohar Butbul olub. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.
Qızıl xal bölümündə saxlama fəndi ilə qalib gələn Heydərov Azərbaycana mundialda ilk medalı qazandırıb.
-----------------------------------------
Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq-da mübarizə aparan idmançı kanadalı Artur Margelidonla qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn Heydərov bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.
Onun rəqibi israilli Tohar Butbul olacaq.
-------------------------------------------
Azərbaycanın daha 2 cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq-da yer alan Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxıb.
Orucov ilk görüşündə braziliyalı Daniel Karqninə uduzaraq, mundialla vidalaşıb.
Mübarizəyə 1/16 finaldan qoşulan Heydərov isə ardıcıl olaraq belçikalı Abdul Malik Umayev və özbəkistanlı Şaxram Axadova qalib gələrək, 1/4 finala adlayıb. O, yarımfinala gedən yolda rəqib italiyalı Manuel Lombardo ilə qarşılaşıb. Rəqibinə məğlub olan Heydərov həlledici görüşə vəsiqə şansını itirib.
Cüdoçu bürünc medal uğrunda təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi kanadalı Artur Margelidon olacaq.
Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.
---------------------------------------------
Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxacaq.
Hər iki idmançı mübarizəyə 1/16 finaldan start verəcək. Orucov Aleksandru Rayku (Rumıniya) / Daniel Karqnin (Braziliya) cütünün qalibi, Heydərov isə Abdul Malik Umayev (Belçika) / Ali Abdelmouati (Misir) görüşünün güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.
8 oktyabr
73 kq
1/16 final. Rüstəm Orucov - Daniel Karqnin (Braziliya)
1/16 final. Hidayət Heydərov - Abdul Malik Umayev (Belçika)
1/8 final. Hidayət Heydərov - Şaxram Axadov (Özbəkistan)
1/4 final: Hidayət Heydərov - Manuel Lombardo (İtaliya)
Təsəlliverici görüş: Hidayət Heydərov - Artur Margelidon (Kanada)
Bürünc medal görüşü: Hidayət Heydərov - Tohar Butbul (İsrail)