Cüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən Böyük Dəbilqə turnirini 6 medalla başa vurub.
Sportnet.az-ın məlumatına görə, son olaraq 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov bürünc medal uğrunda macarıstanlı Riçard Sipoça uduzub.
Daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib. Yığma ümumi medal sıralamasında birinci olub.
--------------------------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
Spornet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kotsoyev yarışın qalibi olub.
90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradzeyə yenilib. 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxano bürünc medal uğrunda macarıstanlı Riçard Sipoçla güləşəcək.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.
-------------------------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada serbiyalı Aleksandr Kukolla üz-üzə gələcək.
90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradze ilə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxano isə macarıstanlı Riçard Sipoçla güləşəcək.
Bu gün mübarizəyə qoşulan digər 9 idmançı medal şanslarını itirib.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.