Azərbaycan güllə atıcısı Ruslan Lunyov Perunun paytaxtı Limada keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı idmançı kiçikçaplı pnevmatik tapançadan 25 m məsafəyə sürətli atəş açmada üçüncü olub.
Qalib adını fransalı Klemen Besua qazanıb. Gümüş medalı isə çexiyalı Matey Rampula əldə edib.