
Azərbaycan yığması Qazaxıstanın Türkistan vilayətində təşkil olunan ll Türk Dövlətləri Universiadasında daha 12 medal qazanıb.
Sportnet.az xəbər verir ki, yığmamızın hesabına mükafatları sərbəst güləşçilərimiz və cüdoçularımız əlavə ediblər.
Pəhləvanlarımızdan bütün rəqiblərinə qalib gələn Camal Abbasov (61 kq) və Sabir Cəfərov (70 kq) çempion tituluna yiyələniblər. Digər güləşçilərimizdən Abdulrəhman İbrahimov (65 kq), Fərid Cabbarov (86 kq), Rəvan Musayev (97 kq), Aydın Əhmədov (125 kq) ikinci, Vasif Bağırov (57 kq) və Sahib Dadaşov (79 kq) isə Universiadanı 3-cü pillədə başa vurub.
Cüdoçularımızdan Eltac Yusifli (66 kq) gümüş, Elcan Şəfiyev (81 kq), Nərgiz Hacıyeva, Nuray Quliyeva (hər ikisi 57 kq) bürünc mükafat qazanıblar.
Bununla da Azərbaycan millisinin hesabındakı medalların sayı 13-ə çatıb. Daha öncə cüdoçumuz Ramilə Əliyeva (48 kq) Qazaxıstanda Azərbaycan himnini səsləndirib.