Azərbaycanın veteran cüdoçuları Rüstəm Orucov və Orxan Səfərov master-klas üçün İngiltərəyə yola düşəcəklər.
Sportnet.az xəbər verir ki, “Judospace” təşkilatının dəstəyi ilə baş tutacaq səfər çərçivəsində onlar cüdo klubları və akademiyasında rəsmilər ilə görüş keçirib, sessiyalarda iştirak edəcəklər.
Olimpiya mükafatçısı Rüstəm Orucov və bir çox beynəlxalq turnirlərin qalibi Orxan Səfərov aprelin 13-14-də “Sport Wales” Milli Mərkəzdə və “Camberley” Cüdo Klubunda master-klas keçəcək. Onlar uşaqlar və böyüklər üçün ustad dərsi təşkil etməyə və təcrübələrini bölüşməyə hazırlaşırlar. Onlar həm də Bundan əlavə, yaşlı şəxslər üçün təşkil olunacaq “Safe Falls” sessiyasında da iştirak edəcəklər.
Qeyd edək ki, onlar həm də Böyük Britaniyada cüdo klublarının fəaliyyəti ilə tanış olaraq öyrəndikləri təcrübələri öz klublarında tətbiq etməyə çalışacaqlar.