
Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" yarşışında bürünc medal qazanıblar.
Sportnet.az xəbər verir ki, Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) üçüncü yerə sahib çıxıblar.
Beləliklə, millimiz turniri 3 bürünc mükafatla başa vurub.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medala sahib çıxıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunub.
----------------------------------
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır.
Sportnet.az xəbər verir ki, son olaraq Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medal qazanıb. Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunur.