
Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 73 kiloqramda mübarizə aparan idmançı finalda vaxtın bitməsinə 10 saniyə qalmış rəqibi Tatsuki İşiharanı (Yaponiya) ipponla məğlub edib.
Bu, Azərbaycan cüdo tarixində dünya çempionatında qazanılan ikinci qızıl mükafatdır. Bunadək Elxan Məmmədov 2013-cü ildə bu titula yiyələnib.
Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları - Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kiloqram) və Açelya Toprak (57 kiloqram) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, dünya çempionatı mayın 23-də başa çatacaq.
Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 73 kq-da mübarizə aparan idmançı yarımfinalda almaniyalı İqor Vandtkeni məğlub edib. Onun həlledici qarşılaşmada rəqibi Tatsuki İşihara (Yaponiya) – Ankzaya Lavjarqal (Monqolustan) cütünün qalibi olacaq.
Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçuları - Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq) və Açelya Toprak (57 kq) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, dünya çempionatı mayın 23-də başa çatacaq.
----------------------------------
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), 4 qat Avropa çempionu Hidayət Heydərov (73 kq) və Acelya Toprak (57 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, ilk gündə çıxış edən üç cüdoçu medal qazana bilməyib. Mundial mayın 24-də başa çatacaq.