Azərbaycanın qadın cüdoçuları “Zuğulba” tədris-idman bazasında təlim-məşq toplanışında iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyasından Sportnet.az-a verilən məlumata görə, on gün davam edən hazırlıq prosesinə 30-a yaxın idmançı qatılıb.
Qadın cüdoçular yüksək performansı təmin etmək üçün intensiv məşq sessiyalarında iştirak edib, texnika və strategiyalarını təkmilləşdiriblər.
Təlim-məşq toplanışı qarşıdan gələn “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyıb.