
Azərbaycan cüdoçusu Turan Bayramov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirində final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan 24 yaşlı idmançının həlledici qarşılaşmada rəqibi Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında yarışan Ayub Bliyev olub.
Rəqibinə ipponla uduzan Bayramov gümüş medal qazanıb. Beləliklə, Böyük Dəbilqəyə 3 cüdoçu ilə qatılan Azərbaycan millisi yarışı 1 medalla başa vurub.