1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Avropa çempionatına hazırlaşır
Martın 29-da Bolqarıstanın Ruse şəhərində start götürəcək güləş üzrə U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan yığma komandası hazırlıqlarını davam etdirir. Sportnet.az-ın məlumatına görə, Olimpiya Güləş Mərkəzində keçirilən təlim-məşq toplanışında 18 sərbəst, 27 yunan-Roma və 12 qadın güləşçi yer alıb.
Aprelin 3-dək davam edəcək çempionatın proqramına əsasən, martın 29 və 30-da yunan-Roma, bir gün sonra qadın, aprelin 2 və 3-də isə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, ötən il ilk dəfə keçirilən U-23 Avropa çempionatında yığma komandalarımız ümumilikdə 1 qızıl, 2 gümüş və 6 bürünc medala sahib olub.