
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışlarını izləyən WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) prezidenti Roy Beykerə Azərbaycanın milli geyimi təqdim olunub.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, irlandiyalı mütəxəssisə AKF prezidenti Orxan Əliyev tərəfindən Azərbaycan milli geyim forması verilib.
Bu görüş zamanı WAKO Avropanın I vitse-prezidenti və Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı, AKF vitse-prezidenti və milli komandanın kapitanı Ramal Aslanov, baş katib İlkin Məsimzadə və Azərbaycanı İslamiadada təmsil edən beynəlxalq dərəcəli referi Aydın Ağabəyov iştirak edib.
Daha sonra Roy Beyker, Orxan Əliyev və Salim Kayıcı birgə döyüşlərə baxıblar.