Azərbaycan qılıncoynadanları Kanadanın Monreal şəhərində keçirilən beynəlxalq Qran-Pridə iştirak edir.
Sportnet.az-ın məlumatına görə, qadın sablyaçılardan Anna Başta şəxsi yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuraraq birbaşa əsas mərhələyə vəsiqə qazanıb. O, 1/32 finalda Rusiya təmsilçisi Alina Mixaylovaya 13:15 hesabı ilə uduzub.
Qrupu 4 qələbə ilə bitirən Səbinə Kərimova da əsas mərhələyə kimi irəliləməyi bacarıb. Səbinə pley-offda Cənubi Koreya idmançısı Hayounq Jeona 15:5 hesabı ilə qalib gəlib.Kərimova 1/32 finalda digər koreyalı sablyaçı Jisu Yuna 6:15 hesabı ilə məğlub olub. Qrupda 4 qələbəsi olan Valeriya Bolşakova İspaniya idmanşısı Araceli Navarroya 6:15 hesabı ilə məğlub olub.Pley-offa 3 qələbə ilə yüksələn Sevil Bünyatova isə fransalı Şarlin Taylandierə 11:15 hesabı ilə uduzub.