
Azərbaycan milli komandasının oktyabrın 10-da İtaliya yığması ilə AVRO-2016-nın seçmə qrup matçını keçirəcəyi Bakı Olimpiya Stadionunda işlərə başlanılıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşün yüksək səviyyədə təşkili ilə bağlı kompleks işlər görülür, ot örtüyünə xüsusi diqqət yetirilir.