Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandası Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə keçirəcəyi ilk oyun öncəsi son məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, məşq matçın təşkil olunacağı Qəbələ şəhər stadionunda baş tutub.
Hazırlıq prosesində Azərbaycana gətirilən 19 futbolçunun hamısı iştirak edib. "Şiroki Briyeq"in rəsmi saytı onların hamısının baş məşqçi Slaven Musanın sərəncamında və oyuna hazır vəziyyətdə olduqlarını yazıb.
Qeyd edək ki, iyulun 3-də keçiriləcək matç saat 20:00-da başlanacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |