Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisi komandalararası dünya çempionatının qalibi olub. Sportnet.az-ın məlumatına görə, Reza Mehmandustun baş məşqçisi olduğu yığma bu uğura Mexikonun paytaxtı Meksikada imza atıb.
İran, Özbəkistan və Meksikanın yer aldığı A qrupunu lider kimi tamamlayan komanda yarımfinalda Cənubi Koreyanı, finalda İranı məğlub edib. Bürünc medallara Rusiya və Cənubi Koreya sahib olub.
Gümüş medala İran, bürünc medallara isə Rusiya və Cənubi Koreya sahib olub.
Qeyd edək ki, dünya çempionatında 8 ən güclü taekvondo ölkəsi mübarizə aparıb.
Qeyd edək ki, dünya çempionatında 8 ən güclü taekvondo ölkəsi mübarizə aparıb.