1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tanınmış jurnalist Məzahir Süleymanzadə 63 yaşında
Bu gün Bakı Futbol Federasiyasının I vitse-prezidenti, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəisi, "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülmüş tanınmış jurnalist, müstəqil Azərbaycan mətbuatının ilk nəşrlərindən sayılan "Səhər" qəzetinin təsisçisi və baş redaktoru, əvvəllər nəşr olunmuş "AFFA Nyus" qəzetinin baş redaktoru, Əməkdar mədəniyyət işçisi» Məzahir Süleymanzadənin 63 yaşı tamam olur. Sportnet.az-ın məlumatına görə, 1952-ci ilin bu günündə M.Süleymanzadə dünyaya gəlib.
O, 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi, ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974 - 1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Müxtəlif illərdə "Leninskoe znamya", "Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetski voin" jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.
Onun rəhbərliyi altında "Səhər" qəzeti 1990-cı il 20 yanvar faciəsi zamanı 1 milyon tirajla yayımlanaraq, sovet ordusunun törətdiyi vəhşilikləri saysız-hesabsız fotolar və kəskin yazıları ilə dünyaya tanıdıb. Bu qəzet eyni zamanda 1993 - 1995-ci illərdə Azərbaycan Super Kuboku uğrunda matçlar təşkil edib.
Sportnet.az bir çox jurnalistin, hətta "Sabahın ulduzları" turniri vasitəsilə futbolçu və hakimlərin yetişməsində danılmaz xidmətləri olan Məzahir müəllimi təbrik edir, uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayır.