Dünən Londonda velosiped
idmanının trek növü üzrə Dünya Kubokunun 2-ci mərhələsinə start verilib. Sportnet.az-ın
məlumatına görə, planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı
yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunur.
Mübarizəyə ilk olaraq Yelena
Pavluxina qoşulub. O, 10 km
məsafəyə skretç yarışında çıxış edib. 250 metrlik trek boyunca 40 dövrə vuran
velosipedçilərin mübarizəsinin başa çatmasına 5 dövrə qalmış toqquşma baş verib
və 5 velosipedçi yıxılaraq mübarizəni yarımçıq dayandırıb. Xoşbəxtlikdən Yelena
Pavluxina toqquşmadan qaça bilib və Dünya Kubokunu 16-cı pillədə bitirib. O,
həmçinin bu gün qrup ötüşməsində də çıxış edəcək.
Digər 2 idmançımıza gəlincə, Olqa İsmayılova bu gün 200 metr məsafəyə sprint yarışında, dekabrın 7-də isə kehrində mübarizə aparacaq. Sergey Omelçenkoya gəlincə, o bu gün kehrin yarışında çıxış edəcək. Dünya Kubokuna dekabrın 7-də yekun vurulacaq.