Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 11-də keçiriləcək "Qarabağ” – "İnter” oyunu üçün bilet satışı davam edir. Sportnet.az-ın matçın keçiriləcəyi Respublika Stadionunda olan əməkdaşının məlumatına görə, kassalarının önündə ajiotaj müşahidə olunur.
Ancaq əsas problem kassada 1 manatlıq biletlərin olmamasıdır. Əməkdaşımızn
məlumatına görə, kassa ətrafında qara bazarla məşğul olan insanlar var. Onlar 1
manatlıq biletləri 5 manata satırlar. Bu isə fanatların narazılığına səbəb
olur.
Qeyd
edək ki, "Qarabağ” – "İnter”
matçı dekabrın 11-i, saat 21:00-da başlayacaq.