
"Neftçi"nin futbolçusu Nikolas Kanales komandadan ayrılacağı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu bununla bağlı şəxsi "Twitter" hesabında paylaşım edib.
Çilili forvard sosial şəbəkəsində "Bakıya geri dönürəm. Bütün sevdiklərimə və əzizlərimə minnətdarlığımı bildirirəm" deyə tvit atıb.
















































































