Almaniyanın "Volfsburq" klubunun futbolçusu Junior Malanda avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Sportnet.az-ın məlumatına görə, polis leysan yağış və güclü külək fonunda yüksək sürəti səbəb göstərib.
Futbolçunun özü avtomobilin arxa oturacağında olub. O, CAR-a təlim-məşq toplanışına yollanan futbolçulara qoşulmalı imiş. Sürücünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarına uçaraq, hasarı dağıdıb və çevrilərək, ağaca çırpılıb. Malanda yerindəcə keçinib, digər 2 sərnişin ciddi zədələrlə xəstəxanaya çatdırılıblar. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, Junior Malanda karyerası ərzində Belçikanın "Zülte-Varegem" və Almaniyanın "Volfsburq" komandalarında üst-üstə 69 oyuna 8 qol vurub. O, Belçikanın U-21 yığmasında isə 15 matçda 2 dəfə fərqlənib.