
"Azersun Holding"in Müşahidə Şurasının sədri və "Qarabağ"ın prezidenti Abdulbari Gözəl klubun bazasına baş çəkib. Sportnet.az-ın məlumatına görə, klubun bazasının qurulmasının ilk günündən mütəmadi olaraq inşaatın gedişatı ilə tanış olan A.Gözəl bu dəfə də ənənəsinə sadiq qalıb. 
O, stadionu gəzərək görülən işlərlə yaxından tanış olub. Arenanın tikintisinin ən qısa zamanda başa çatdırılması ilə bağlı göstəriş verən klub prezidenti bununla bağlı tövsiyələrini də verib.
















                 





    
    
    
    
    
    
    
    
    






















































