Heydər
Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və
gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi
beynəlxalq turnir davam edir. Sportnet.az-ın federasiyanın rəsmi saytına
istinadən məlumatına görə, bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk
Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı,
Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan,
Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyəgüləşçiləri iştirak
edir.
Azərbaycan güləşçiləri ilk yarış günündə 3
qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci
olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.
İkinci yarış günündə gənclər arasında yunan-Roma
güləşi üzrə 102 pəhləvan mübarizə aparıb. Gənc güləşçilərimiz yarış gününü 4
qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Komanda hesabında Azərbaycan
birinci, Türkiyə ikinci, Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.
50
kq |
74
kq |
55 kq |
84
kq |
60 kq |
96
kq |
66 kq |
120
kq |