"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl növbəti dəfə komandanı ziyarət edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, T.Gözəl dünənki məşqdən öncə bazaya gedərək komandanın üzvləri ilə görüşüb.
Azərbaycan kubokunun finalına vəsiqə qazanmaları münasibətilə futbolçuları təbrik edən vitse-prezident Premyer Liqanın 31-ci turunda qarşılaşacaqları "Neftçi" ilə önəmli görüşdə də onlara uğurlar arzulayıb.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu aprelin 25-də, saat 19:00-da başlayacaq.