Hazırda Qəbələdə davam edən Topaz Premyer Liqasının XXXII turunun "Qəbələ" - "Qarabağ" matçında Ağdam təmsilçisinin "İmarət" fan-klubunun üzvləri maraqlı pankart açıblar. Sportnet.az-ın məlumatına görə, onlar bir neçə gün əvvəl Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızının onu sevdiyini söyləyən 20 yaşlı gənc tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə etiraz bildiriblər.
Pankartda "Aytaclarımız ölməsin" sözləri yazılıb. "Qarabağ"ı dəstəkləyənlər arasında gənc xanım da var.
Fotonu təqdim edirik: