
Ukraynanın "Şaxtyor" klubunun qapıçısı Andrey Pyatov internetdə yayılmış qondarma DNR separatçıları ilə şəkillərinə şərh verib. Sportnet. az-ın məlumatına görə, futbolçu qalmaqala səbəb olan fotoların bir il öncə çəkildiyini bildirib.
O, deyib: "Bu foto bir il öncə Donetsk ilə bazamızın yolunda çəkilib. O zamanlar şəhərdə kifayət qədər dinc həyat vardı. Biz gün ərzində dəfələrcə bu blok postundan keçirdik. Orada olanlar arasında bizi tanıyanlar olanda şəkil çəkdirmək istəyirdilər. O zamanlar bunun necə faciəvi nəticələri olacağı ağla gəlməzdi".
Qeyd edək ki, mart ayında Andrey Pyatov başqa futbolçu yoldaşalrı ilə Ukraynanın yaralı əsgərlərini hospitalda ziyarət etmişdi.