
Bayıl stadionunda AFFA və Təhsil Nazirliyinin ali təhsil müəssisələri arasında birgə təşkil etdiyi "Təhsil kuboku” turnirinin final oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, turnirin son oyununda Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları qarşılaşıb. 4:1 hesabı ilə qələbə qazanan ADBTİA-nın komandası turnirin qalibi olub.
Oyundan sonra təşkil olunmuş mükafatlandırma mərasimində mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov təqdim edib.























