
Futbol üzrə Azərbaycan I Divizionunun qalibi "Neftçala” klubuna çempionluq kuboku və qızıl medullar təqdim olunub. Sportnet.az-ın məlumatına görə, mükafatlandırma mərasimi ötən gün "Qaradağ Lökbatan”la Neftçalada keçirilmiş oyundan sonra baş tutub.
Medalları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib. Eyni zamanda, I Divizionun ən sərrast oyunçusu İlham Allahverdiyevə ("Qaradağ Lökbatan”, 21 qol) də xüsusi kubok verilib.
Sportnet.az mərasimdən fotoları Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən təqdim edir...



































