
Azərbaycan çempionu "Qarabağ"ın hücumçusu Vüqar Nadirov
komanda ilə bigə Avstriyada təşkil olunacaq təlim-məşq toplanışına yollanacaq.
Bu barədə Sportnet.az-a ağdamlıların baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Futbolçunun
"Qarabağ"dan ayrılmaq istəyində olduğunu bildirən mütəxəssis heç
kimin qarşısını kəsməyəcəklərini dilə gətirib. O, Nadirovun müqavilə ilə rəhbərlik
etdiyi komandaya məxsus olduğunu da söyləyib: "Nadirov başqa komandaya
keçmək niyyətini mənə açıqlayıb. Ona mane olmayacağımızı bildirsək də, sonra
keçidi ilə bağlı bir xəbər çıxmadı. Açığı, hansı komandadan təklif olduğu ilə də maraqlanmadım. Vüqarın "Qarabağ"la hələ 1
illik müqaviləsi var. O, bizimlə Avstriya toplanışında iştirak edəcək".