
Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar” Lauren Mendinin keçidini rəsmiləşdirib.
25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Seneqallı futbolçu bunadək Belçikada "Antverpen”, Lüksemburqda “Düdelanj”, Fransada “Rasinq Besançon”, Çində “Jianqxi Luşan” klublarında forma geyinib.