Azərbaycan Premyer Liqasında IV turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma keçiriləcək.
Turnir cədvəlinin zirvəsində yer alan “Turan Tovuz” səfərdə “Qarabağ”ın qonağı olacaq.
“Araz-Naxçıvan” isə “Liv Bona Dea Arena”da “Neftçi”ni qəbul edəcək.
Qeyd edək ki, IV turun oyunlarına avqustun 25-i yekun vurulacaq.
Premyer Liqa
IV tur
24 avqust (şənbə)
18:15. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”
20:30. “Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Liv Bona Dea Arena”