
Azərbaycanda “Xankəndi” futbol klubu yaradılıb.
Sportnet.az xəbər verir ki, komanda 2024/2025-ci illər mövsümündə Region Liqasında çıxış edəcək.
Klub hələlik ev oyunlarını Şamaxı Olimpiya Mərkəzinin stadionunda keçirəcək. Məşqlər isə Bakıda olacaq.
Artıq hazırlıqlara start verən "Xankəndi"nin baş məşqçisi qarşıdakı günlərdə açıqlanacaq.