
Polislər Emeriyə məxsus "Porsche Cayenne" avtomobilini saxlayaraq, 42 yaşlı mütəxəssisdən alkoqol testi keçməsini istəyiblər. Bu zaman baş məşqçinin normadan 200 qram artıq içki qəbul edərək, sükan arxasında əyləşdiyi üzə çıxıb. Nəticədə o, 1000 avro cərimə və 4 bal cəza alıb.
Artıq Emeri üzr istəyib və bildirib ki, pərəstişkarlarına düzgün nümunə olmalıdır.
Qeyd edək ki, Unay Emeri 2013-2014-cü il mövsümündə "Sevilya"ya Avropa Liqasını qazandırıb.