İspaniyanın “Sevilya” klubu “Qarabağ”ın forvardı Juninyonun keçidini tamamlayıb.
Sportnet.az xəbər verir ki, "sambaçı" ilə razılıq əldə olunub və transfer tamalanıb. Bircə “Qarabağ”ın “hə” deməsi gözlənilir.
Mənbənin məlumatına görə, Olavio üçün Ağdam klubuna veriləcək məbləğ də bəllidir. Əvvəlcə əndəlüslər bu keçid üçün 2 milyon avro xərcləmək istəsə də, təmsilçimiz bunu qəbul etməyib. La Liqa klubu keçidin reallaşması üçün “3+1” milyon avro ödəyəcək.