Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Toral Bayramov “Trabzonspor”un transfer gündəminə düşüb.
Sportnet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Superliqa təmsilçisi qış fasiləsində sol cinah müdafiəçisi almaq qərarına gəlib. “Bordo-mavililər”in gündəmində 2 oyunçu var. Bunlardan biri Toraldırsa, digəri “Yanq Boyz”un əlcəzairli futbolçusu Jauen Hadyamdır.
Türkiyə klubunun skautları hər iki futbolçunun iştirakı ilə keçirilən bir neçə oyunu da izləyib. “Trabzonspor”un hansına üstünlük verəcəyi danışıqlardan asılı olacaq.