“Şamaxı” futbolçusu Edqar Adilxanovla müqaviləni yeniləyib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 19 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2,5 ildir.
Xatırladaq ki, Adilxanov bu mövsüm Misli Premyer Liqasında 10 oyuna çıxıb, 2 qolla yadda qalıb.










































































